ABŞ Azərbaycanın hüquq-mühafizəçisi Leyla Yunus və tarixçi Arif Yunusa təcili tibbi yardım üçün xaricə getməyinə icazə verməsini “daha bir pozitiv addım” kimi alqışlayır.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib:
“Biz əminik ki, bu qərar Azərbaycanın, eləcə də Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün böyük dəstək olacaq”.