Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ADY təhlükəli yüklərin daşınması üçün lisenziya almayacaq
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziyaların siyahısı təsdiqlənib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Bu siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması daxil edilib.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı da təsdiqlənib.
Siyahıya təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınmasına, o cümlədən ölkə ərazisindən tranzit keçirilməsinə icazə daxil edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin nəvəsi dünya çempionatında finala yüksəldi
- İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik etdi
- Prezidentdən dövlət qulluqçularının reyestri ilə bağlı FƏRMAN
- İlham Əliyev Bakıda keçirilən beynəlxalq konqresin iştirakçılarına müraciət ünvanladı
- Güclənən mövqeyimizin növbəti təsdiqi - "Kaspi"nin ŞƏRHİ