ABŞ Prezidenti Donald Tramp İsrailin İrana zərbə endirməsinə mane olduğunu inkar edib.
Oxu.Az-ın xəbər verir ki, bu barədə Tramp "Time" nəşrinə müsahibəsində bildirib.
"Mən onları saxlamamışam. Amma bunu onlar özlərini rahat hiss etsinlər deyə etməmişəm, çünki düşünürəm ki, biz hücum etmədən də razılığa gələ bilərik", - deyə ABŞ prezidenti qeyd edib.
O əlavə edib ki, İsrail və İran arasında mümkün münaqişədə ABŞ-nin hərbi iştirakını istisna etmir.
Tramp, həmçinin İranın nüvə proqramı ilə bağlı danışıqlar üçün İran Prezidenti Məsud Pezeşkian və ya ölkənin Ali Lideri Əli Xamenei ilə görüşməyə hazır olduğunu da dilə gətirib.
"Əlbəttə", - deyə o, Vaşinqton və Tehran arasında birbaşa danışıqlara başlayandan sonra İranın ali rəhbərliyinin üzvləri ilə görüşə hazır olması barədə suala cavabında bildirib.
Bundan əlavə, ABŞ prezidenti Vaşinqton və Tehranın İranın nüvə proqramı ilə bağlı razılığa gələcəyinə əminliyini ifadə edib.
"Düşünürəm ki, biz (ABŞ) İranla saziş bağlayacağıq. Başqa heç kim bunu edə bilməzdi", - deyə Donald Tramp əlavə edib.