Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, ailələrə mənzillərin açarları təqdim olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Bu mərhələdə Ağdam şəhərinə köçən 419 nəfərdən ibarət 120 ailəyə mənzillərin açarları təqdim edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 120 ailə - 419 nəfər yola salınıb.
Bu gün növbəti köç karvanı Ağdam şəhərinə yola salınır.
Oxu.Az xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 120 ailə - 419 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif