Azərbaycan Prezidenti İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Ağdaşda təkrar seçkilər iyunun 18-nə təyin edilib.
Qeyd edək ki, nəticələri ləğv olunmuş 90 saylı Ağdaş Seçki Dairəsində seçkilərdə Çingiz Əsədullayev qalib gəlmişdi.