Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Aİ missiyası Azərbaycan sərhədlərində göründü
Aprelin 22-də Ermənistandakı Avropa İttifaqı missiyasının nümayəndələri bu ölkənin silahlı qüvvələrinin Gorus rayonunun Xanəzah kəndi istiqamətində yerləşən döyüş mövqeyinə gələrək foto və video çəkilişi aparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.
Məlumata görə, Aİ missiyasının nümayəndələrinin hərəkətləri bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən vizual olaraq və texniki vasitələrlə izlənilib.
Aİ missiyası Azərbaycan sərhədlərində göründü

"Aİ Müşahidə Missiyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar