Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur.
Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Herbert Salber Yerevanda Ermənistan XİN-in rəhbəri Edvard Nalbandyan ilə görüşdə bəyan edib.
O əlavə edib ki, Avropa İttifaqı məsələnin yalnız sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk qrupunun səylərinə vasitəçilik edir.