Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Aİ Ukraynaya 4.2 milyard avro ayrılmasını təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya respublikanın dəstək fondundan təxminən 4.2 milyard avro məbləğində yardımın ayrılması ilə bağlı qurumun səfirlərinin əvvəlcədən razılaşdırdığı qərarı təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın şuraya sədrliyi "X" səhifəsində məlumat verib.
Qeyd olunub ki, şura yazılı prosesi başa vurduqdan sonra pul vəsaitinin ilk dəfə avqustun 6-da köçürülməsinə qərar verib.
Həmçinin bildirilib ki, bu qərar Ukraynanın makromaliyyə sabitliyini və dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləyir.
Xatırladaq ki, iyulun 24-də Aİ səfirləri Ukraynaya büdcə yardımı üçün 4.2 milyard avro ayrılması təşəbbüsünü təsdiqləyiblər. Bu pullar Ukraynaya hərbi yardıma, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, eləcə də artilleriya üçün mərmilərin alınmasına xərclənəcək.
✅ Written procedure completed!
— Hungarian Presidency of the Council of the EU 2024 (@HU24EU) August 6, 2024
With the completion of the written procedure, the Council has adopted an implementing decision today, authorising the first payment of nearly €4.2 billion under the #UkraineFacility. This decision supports Ukraine's macro-financial stability and… https://t.co/xeSqqO8r0E