Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Uil Smit sentyabrın 13-də Bakıda konsert proqramı ilə çıxış edəcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Akademiya Mükafatları, Britaniya Kino və Televiziya Sənəti Akademiyasının mükafatı, Qremmi və Qızıl Qlobus kimi nüfuzlu mükafatların laureatı Uil Smitin Azərbaycan Qran-prisi həftəsonu "Crystal Hall"da konsert proqramı ilə çıxış edəcəyini açıqlayıb.
"AzerbaijanGP"nin tribunalarına bilet əldə etmiş şəxslər konsertdə pulsuz iştirak edə biləcəklər.
Uil Smith karyerasına reper kimi başlamış və televiziya şousunda debüt edərək geniş tanınmağa nail olub. Daha sonra o, "Müstəqillik günü", "Qara geyimli adamlar", "Əli" və " Xoşbəxtlik Uğrunda Mübarizə" kimi görkəmli filmlərdə rol alaraq uğurlu kino karyerasının təməlini qoyub. Müxtəlif istedadları və xarizması ilə seçilən Smit çoxsaylı mükafatlar qazanmış və Hollivudun ən məşhur ulduzlarından birinə çevrilib.
Biletləri www.bakucitycircuit.com saytına daxil olmaqla əldə etmək olar.
"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" teqi üzrə xəbərlər
- Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə Milli Mətbuat katibi təyin olunub
- "Formula-1"ə ayrılan pulların mənimsənilməsi: Gürcüstan bankındakı vəsait kimindir?
- "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına rəsmi start verildi
- "Formula-1"ə ayrılan pulların mənimsənilməsi ilə bağlı məhkəmə
- Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olundu