"İldə ən azı bir dəfə baş tutan səfərlərim zamanı mən Bakıda böyük dəyişikliklərə şahid oluram".
Oxu.Az xəbər verir ki, bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
O, Azərbaycan xalqına möhtəşəm qonaqpərvərliyə görə təşəkkür edib:
"Həmçinin Bakıda unudulmaz qəbul və tədbirə görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Bakıya hər dəfə gələndə böyük dəyişikliklərə şahid oluram. Prezidentin xalqı, ölkəsi üçün etdiklərini görürəm. Kənardan gələnlər üçün bunu görmək daha asandır. İlham Əliyevin hamıdan daha çox sahib olduğu insanlarına bağlılığı, qətiyyəti, inanılmaz tərəqqinin baş verməsinin səbəbkarıdır. WUF13 Bakının dünya paytaxtına çevrilməsinin sübutudur. Mən Azərbaycanı foruma görə təbrik edirəm. İnnovativ təşəbbüsləri zirvə görüşü çərçivəsində səsləndirmək imkanımız oldu".