AFFA Region Liqasında üçüncü yerin sahibi artıq məlumdur.
Oxu.Az məlumat verir ki, "Biləsuvar" komandası mövsümü bürünc medallarla başa vurmağı bacarıb.
Şamaxı şəhər stadionunda baş tutan qarşılaşmada bölgə təmsilçisi "Şəfəq"in qapısından dörd top keçirərək 4:1 hesablı inamlı qələbəyə imza atıb.
Xatırladaq ki, bu gün final matçında "Zəngəzur" və "Marafon" kollektivləri üz-üzə gələcəklər. Çempionun adını müəyyənləşdirəcək bu həlledici görüş eyni arenada, saat 16:00-da start götürəcək.