Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Anar Quliyev: "Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır"
"Ukraynada bərpa prosesi ilə bağlı müəyyən layihələr hazırlanır. Lazım olacağı təqdirdə Azərbaycan tərəfdaş ölkələrə yardım göstərməyə hazırdır".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanın bir sıra tərəfdaş ölkələrə yardım göstərməyə hazır olduğunu deyib:
"Hələlik Suriyada bərpa işlərində iştirakla bağlı komitənin qarşısında məsələ qoyulmayıb. Əvvəlki dövrlərdə Türkiyədəki zəlzələdən sonra Azərbaycan dəstək göstərdi, maliyyə ayırdı və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə bir məhəllə yenidən quruldu".
Məhərrəm Əliyev
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- Bakı Forumu: Ermənistanın və onun "böyük qardaşı"nın ifşası
- Boris Conson: "COP29-da Azərbaycanın bir sıra şirkətləri müzakirələrin fəal iştirakçılarından olub"
- Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib
- XII Qlobal Bakı Forumunun ikinci günü başa çatdı
- Comart Otorbayev: "Azərbaycanın Qarabağdakı bərpa modeli dünyada istinad nümunəsinə çevriləcək"