Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudia Rossbax ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "X"dəki hesabında yazıb.
"Görüş zamanı may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF13 Azerbaijan) hazırlıq prosesini müzakirə etdik. Qeyd olundu ki, qarşıdan gələn tədbirə beynəlxalq maraq yüksəkdir və bugünədək artıq 15 000-ə yaxın iştirakçı qeydiyyatdan keçib. Həmçinin Forumun təşkilinə dair əsas məsələlər və hazırlıq çərçivəsində qarşıda duran addımlardan danışdıq. Əminik ki, WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti ilə bağlı qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma olacaq. Eyni zamanda, Azərbaycan ilə UNHabitat arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən birgə layihələr barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd olunub.
🇦🇿🇺🇳 Today we had a productive meeting with the Executive Director of the UN Human Settlements Programme (@UNHABITAT), Ms. Anacláudia Rossbach (@AnacludiaRossb1) to discuss the preparations for the @WUF13Azerbaijan that will be held in #Baku2026 this May.
— Anar Guliyev (@_anar_guliyev) March 12, 2026
Significant… pic.twitter.com/ZYRtFayADg