Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Strasburqdakı iclasında Azərbaycanda bu il keçiriləcək parlament seçkiləri ilə bağlı assambleyanın müşahidə missiyasının yaradılması müzakirə olunub.
Oxu.Az xəbər verir ki, APA-nın Avropa bürosunun məlumatına görə, toplantıda uzunmüddətli müşahidə missiyasının tərkibinin formalaşdırılması üçün alt komitə yaradılıb.
Azərbaycana gələcək missiyanın tərkibini məhz bu komitə müəyyənləşdirəcək.
www.oxu.az