Bakı metrosunda nasazlıq yaranıb.
Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, artıq 20 dəqiqədir ki, “Gənclik” və “Nəriman Nərimanov” metrostansiyasında qatar dayanıb.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, qatarın metro stansiyasında uzun müddətdir dayanması texniki nasazlıqla əlaqəlidir. Bununla əlaqədar digər stansiyalarda da qatarların hərəkət intervalı uzadılıb.
Hazırda nasazlığın aradan qaldırılması üçün müəyyən işlər gedir.

Elvin Əhmədov
www.oxu.az