İsveçrə XİN rəhbəri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri İqnasio Kassislə Bakıda keçirilən birgə brifinqdə deyib.
Bu kontekstdə müsbət inkişaf yalnız Minsk qrupunun ləğvi deyil, həmçinin birtərəfli qaydada Ermənistana olan məhdudiyyətlərin qaldırılmasını qeyd edə bilərik:
"De-fakto Azərbaycan və Ermənistan arasında sülh bərqərar olub. Bu, ikitərəfli dialoq əsasında həyata keçirilir. Sülh sazişinə gəldikdə isə mövqeyimiz bəllidir, açıqdır. Ermənistan konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddiası qaldırılmalıdır".
C.Bayramov, həmçinin ATƏT daxilində qeyri-sabitlikdən danışıb:
"ATƏT məkanında qeyri-sabit təhlükəsizlik mühiti hökm sürür. Belə olanda əməkdaşlıq, potensialdan istifadə etmək tələb olunur ki, qurum əhəmiyyətini qorusun".
Daha çox foto burada: PhotoStock.az