Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana rəsmi səfərə gəlib - VİDEO
Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koştanı baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.