Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Avropada Azərbaycana qarşı bitməyən qərəz - AŞPA-nın qış sessiyasından gözləntilər
"Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı təxribatçı çıxışlar hazırlanır".
Bunu hüquq müdafiəçisi Əhməd Şahidov Baku TV-yə AŞPA-nın qış sessiyasından gözləntiləri ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, sessiya çərçivəsində Yaxın Şərqdəki vəziyyət, Qəzza zolağındakı böhran və Gürcüstanda keçirilmiş parlament seçkisinin nəticələri ilə bağlı müzakirələrin baş tutacağı gözlənilir.
"Avropa Şurasının üzvü olan ölkələrdə insan haqları, demokratiya kimi məsələlər gündəliyə salınıb. Lakin artıq Azərbaycana qarşı bəzi çıxışların hazırlandığı ilə bağlı xəbərlər gəlir. Belə ki, ötən ilin yanvarında Azərbaycanın AŞPA-dan uzaqlaşdırılması ilə bağlı təşəbbüslə çıxış edən Frank Şvabenin fikri dəstəkləndi və həmin müddət bu gün bitir. Əslində, Azərbaycan nümayəndə heyətinin fəaliyyəti bərpa olunmalı idi. Amma görünən odur ki, ölkəmizin növbəti 12 ay müddətinə AŞPA-dakı fəaliyyətinin dondurulması ilə əlaqədar təşəbbüslər hazırlanır", - deyə Ə.Şahidov əlavə edib.
Ətraflı süjetdə:

"Avropa Şurası Parlament Assambleyası (AŞPA)" teqi üzrə xəbərlər
- Gürcüstan hakimiyyəti AŞPA-dakı nümayəndə heyətinin üzvlərini geri çağırdı
- Mehriban Vəliyeva: "AŞPA köhnə qaydalarla dünyaya hökm edə bilməyəcək"
- Bəhruz Məhərrəmov: "Qərb üçün diktə edə bilmədiyi bütün mətbəxlər çirklidir"
- Gürcüstandan AŞPA-nın qərəzinə cavab: Müstəqil dövlətlərlə ultimatum dilində danışmaq olmaz
- Gürcüstan nümayəndə heyəti AŞ PA-da fəaliyyətini dayandırıb