"ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Cənubi Qafqaza səfəri regionda yeni geosiyasi balansların varlığını göstəricisidir".
Oxu.Az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dostluq Vəqfinin İdarə Heyətinin sədri, professor Aygün Attar Ceyms Devid Vensin Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, ABŞ-nin vitse-prezidenti səviyyəsində bölgəyə uzun müddətdir səfər edən amerikalı məmur olmamışdı:
"Cənubu Qafqaz əvvəllər daha çox Rusiyanın fəal siyasət yürütdüyü bölgə hesab olunurdu və Moskva ilə əlaqələndirilirdi. ABŞ administrasiyası Vensi regiona göndərməklə deyir ki, o artıq Cənubi Qafqazda müşahidəçi deyil, birbaşa oyunda iştirakçıdır".