"ABŞ Prezidentinin şəxsi salamlarını Sizə və Azərbaycan xalqına çatdırıram".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
Ceyms Devid Vens: "ABŞ ilə Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər"
O bildirib ki, ABŞ ilə Azərbaycan uzun müddətdir mühüm strateji əməkdaşlıq edirlər:
"Bəlkə də, çoxları bilmirlər, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Əməliyyatları çətin şəraitdə apardıq və həmin vaxt nüfuzu qoruyub-saxlaya bildik".