Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azad edilmiş ərazilərdə 118,5 min hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib
İşğaldan azad edilmiş ərazilərdə bu günədək 118 min 503 hektar sahə, o cümlədən yaşayış məntəqələri üzrə 18 min 143 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Bu göstəricilər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin AZƏRTAC-dakı məqaləsində yer alıb.
Samir Nuriyev qeyd edib ki, bütün ölkədə olduğu kimi, işğaldan azad edilmiş ərazilərdə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu il fəaliyyətinin 20 ili tamam olan Heydər Əliyev Fondunun gördüyü işlər və həyata keçirdiyi layihələr xüsusi önəm daşıyır:
“Əminliklə demək olar ki, Heydər Əliyev Fondunun elm, təhsil, mədəniyyət, səhiyyə, idman və ekoloji sahələrə aid proqram və layihələri, sosial problemlərin həllinə dəstəyi, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və təbliği sahələrində həyata keçirdiyi layihələr ölkəmizin ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır”.
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze" ərazisində həyata keçirilən layihələrlə tanış olublar
- Leyla Əliyeva körpələr evi və uşaq evi sosial xidmət müəssisəsi ilə bağlı paylaşım edib
- Mehriban Əliyeva və Leyla Əliyeva Bakıdakı 1 saylı körpələr evi və 1 saylı uşaq evində olublar
- TÜRKPA-nın komitə sədrləri Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər
- Kamran Əliyev: "Dövlətin humanitar siyasəti Azərbaycanı dünya səhnəsində gücləndirir"