Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

AZAL təyyarəsinin qəzası: Həqiqətin əsl üzü və "Baza" "Telegram" kanalının təxribatı
Rusiya silahlı qüvvələrinə yaxın olan "Baza" "Telegram" kanalı 25 dekabr 2024-cü ildə AZAL-ə məxsus "Embraer" təyyarəsinin qəzası zamanı pilotlar kabinəsində baş verən danışıqların tam transkriptini dərc edib.
Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, bu transkriptin mətni qədər, qəzanın Rusiya mətbuatında işıqlandırılması kontekstində kanalın özünün şərhi də maraq doğurur. Bu şərh o qədər iküzlüdür ki, onun əsaslandırdığı tezisləri təkzib etmək üçün transkripti oxumağa belə ehtiyac yoxdur - saxtakarlıq o qədər aşkardır.
Şərhin ilk cümləsində bildirilir ki, pilotlar kabinəsində Qroznıya enməzdən əvvəl panika olub. Halbuki mətni oxuduqdan sonra belə nəticəyə gəlirik ki, Qroznıya enməyə cəhd edərkən təyyarənin kabinəsində panikaya yaxın heç nə müşahidə edilmir. Bəli, təəccüb, emosiyalar və həyəcan var, bu da təyyarənin həyati sistemlərini sıradan çıxması ilə bağlıdır və qaçılmazdır, amma panika yoxdur.
Belə bir məlumatın təqdimatı qəzanın məsuliyyətini ekipajın üzərinə yıxmaq cəhdi kimi görünür, eyni zamanda, xarici amillərdən diqqəti yayındırır. Bu, xüsusilə "Baza" kanalının Rusiya silahlı qüvvələrinə yaxınlığı nəzərə alınaraq, ictimai rəyi manipulyasiya etmək cəhdi kimi qiymətləndirilə bilər.
Daha ətraflı "Caliber"in yeni süjetində:

"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Komandir Kşnyakinin ailəsi AZAL təyyarəsinin qəzaya uğradığı yerə gedib
- Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ
- Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib