Azərbaycan Xarici İşlər Nazirliyi bu ilin dekabr ayında Tiflisdə təşkil olunacaq Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmamasına münasibət açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifələrini icra edən Leyla Abdullayeva bildirib ki, məsələ Azərbaycanın Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır:
“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaqdır”.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Trend-ə bildirilib ki, təşkilat sözügedən məsələni araşdırmaqla məşğuldur.