İndoneziyanın Azərbaycana yeni təyin olunmuş səfiri Hüsnan Vanani martın 18-də Bakıya gələcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Report diplomatik mənbələrə istinadən məlumat verir.
Səfir Azərbaycan Prezidentinə etimadnaməsini təqdim etdikdən sonra diplomatik missiyasının icrasına başlayacaq.
Qeyd edək ki, bu vəzifədə H.Vanani Prayono Atiyantonu əvəz edəcək.