Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Prezidenti: "Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk"
"Biz bu gün, təbii olaraq, üçtərəfli əməkdaşlıq layihələrini müzakirə etdik. Onların arasında, təbii olaraq, Şimal-Cənub nəqliyyat dəhlizi xüsusi yer tutur".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə mətbuata bəyanatında bildirib.
Bu layihənin bütün iştirakçı ölkələr üçün çox böyük səmərə gətirəcəyini, böyük fayda verəcəyini söyləyən dövlətimizin başçısı Azərbaycanın öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirdiyini qeyd edərək deyib:
"Hazırda biz, sadəcə olaraq, artacaq yükləri nəzərə alaraq öz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Avrasiya geosiyasətində böyük oyunçu: Azərbaycanın Orta Dəhlizdəki rolu
- Sel gələndə birinci qarşısını kəsən bəndi yıxır - Ermənistanın unutmamalı olduğu həqiqət
- Prezidentin Albaniya səfərindən maraqlı DETALLAR
- Azərbaycan Prezidentinə təbrik məktubları gəlməkdə davam edir
- Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib