Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Qala-Türkan avtomobil yolunun ətrafında salınmasına başlanılan yaşıllıq massivində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib.
Oxu.Az-ın xəbərinə görə, aksiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
10:05
Azərbaycan Prezidenti İlham Əliyev Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Oxu.Az-ın məlumatına görə, Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.
Sonra akademik Zərifə Əliyeva, görkəmli dövlət xadimi Əziz Əliyev və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları ziyarət edilib, gül dəstələri qoyulub.
Ziyarət mərasimində dövlət və hökumət üzvləri, Milli Məclisin deputatları iştirak ediblər.
N.О.