Azərbaycanda keçirilmiş bütün seçkilər saxtadır, çünki 1 milyonluq erməni icması həmin seçkilərdə iştirak hüququndan məhrum olub.
Bu barədə mayın 17-də keçirilmiş mətbuat konfransında “Azərbaycan erməniləri assamblyeasının” (?) sədri Qriqori Ayvazyan bildirib.
Onun sözlərinə görə, “Azərbaycanın türk icması prezident seçkilərində çoxsaylı namizədlərlə”, o cümlədən hazırkı prezident İlham Əliyevlə təmsil olunacaq ki, erməni icması barədə bunu demək olmaz.
“Bu dəfə erməni icmasının qarşısında öz iştirakı ilə Azərbaycanda ilk real rəqabətin olduğu seçkilər təşkil etmək kimi tarixi imkan peyda olur. Bizim güclü komandamız var və təhlükəsizliyə zəmanət əldə edən kimi, Bakıya yola düşməyə hazır olacağıq” – deyə, Qriqori Ayvazyan bildirib və vurğulayıb ki, bu təşəbbüsün təhlükəliyinini dərk edir, lakin ədalətli mübarizədə qələbə üçün həyatından da keçməyə hazırdır.
Ayvazyan həm də bəyan edir ki, onun qeydiyyat üçün ərizə qəbul olunmasa, “bununla da Azərbaycan dövləti növbəti dəfə öz “faşist xarakterini”, həmçinin Dağlıq Qarabağa iddia etmək üçün heç bir hüquqlarının olmadığını təsdiqləyəcək”.
www.news.am
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin