Azərbaycan prospektində (keçmiş Hüsü Hacıyev küçəsi), Nizaminin heykəlinin yaxınlığında yeni, altı mərtəbəli avtomobil dayanacağı fəaliyyətə başlayıb.
Burada parkinqin qiymətləri: 0-15 dəqiqə – pulsuz; 0-1 saat – 1 manat; 1-3 saat – 2 manat; 3-6 saat – 3 manat; 6-12 saat – 6 manat; 12 – 24 saat – 10 manat.
Güman olunur ki, 500 yerlik dayanacaq bütün küçə və səkiləri avtomobillərlə dolu Bakının mərkəzini bir qədər boşalda biləcək.
Bundan başqa, qanunsuz parkinq probleminin həlli məqsədilə 2013-cü il mayın sonlarına Qış bulvarının altında, Bakıda ən böyük (4 min yerdən çox) yeraltı parkinq açılacaq. İyul ayında isə Neftçilər prospekti, Azadlıq meydanının altında yeraltı avtomobil dayanacağının açılacağı gözlənilir.
www.1news.az
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin