Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan QHT-lərindən "X"də "USAID fırtınası"
Ötən gün - fevralın 11-də Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli özünün "X" hesabında ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE-nin) rəhbəri, dünyaca məşhur biznesmen İlon Maska çağırış edərək, onu USAID-in Azərbaycandakı "qara əməliyyatları"nı araşdırmağa dəvət edib.
Paylaşımda satirik eyhamla deyilir: "Eyy, İlon Mask! DOGE-a USAID-in Azərbaycandakı fəaliyyətində ABŞ vergi ödəyicilərinin pullarının necə havaya sovrulduğunu təftiş etməyi tapşır".
Oxu.Az xəbər verir ki, bu paylaşım ötən gecə sosial mediada Azərbaycan QHT-lərinin böyük rezonansına səbəb olub və qısa müddətdə geniş kampaniyaya çevrilib. Azərbaycanın çoxsaylı QHT fəalları da "X"də İlon Maska oxşar çağırışlar ediblər. Onlar "əcəl"in bu dəfə USAID-in Bakı ofisinin qapısına çatmasına işarə edərək, İlon Maskı "USAID-in əzrayılı" qiyafəsində təsvir ediblər.
Ümumilikdə, kampaniya çərçivəsində QHT fəallarının paylaşımları "X"də 120 mindən çox istifadəçi auditoriyasına çatıb və USAID həştəqi ölkə trendinə düşüb.
Kampaniyada bu "mem"lərdən də geniş istifadə olunduğu müşahidə edilib:
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID)" teqi üzrə xəbərlər
- "Trampa bataqlığın qurudulmasında uğurlar" - ABŞ-də baş verənləri maraqla izləyirik
- Prezident erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı
- USAID-də əməkdaşlara gizli və şəxsi qeydləri yandırmaq əmr olundu
- ABŞ USAID proqramlarının 83 faizini bağlayır
- Ermənistan USAID vasitəsilə 110 milyon dollar alıb: XİN-dən açıqlama