Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə şifahi nota təqdim edib.
Oxu.Az Rusiya XİN-in saytına istinadən xəbər verir ki, notada rusiyalı jurnalistlərin dərhal azad olunması tələb olunur.
Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin binasını tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Bildirilib ki, səfir Smolensk meydanındakı nazirlik binasında təxminən bir saat qalıb və jurnalistlərə heç bir şərh vermədən oranı tərk edib.
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.
Bildirilir ki, səfir Smolensk meydanındakı nazirlik binasına gedib və jurnalistlərə heç bir açıqlama vermədən içəri keçib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya XİN-dən bildirilib ki, Mustafayev Bakının "qeyri-dost" hərəkətləri və Rusiya jurnalistlərinin qanunsuz saxlanılması ilə əlaqədar çağırılıb.