Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycan sərhədçiləri Gürcüstana niyə atəş açmadılar?
Haqqin.az saytı Keşikçidağda baş verən insident ətrafında gedən söz-söhbətlərə dair təhlil yazısı hazırlayıb. Həmin yazını təqdim edirik:
Bu gün bu çaşqın sual dünən Azərbaycan-Gürcüstan sərhədində baş vermiş ağılsız hadisəyə yaxalanmış hər iki azərbaycanlıdan birinin dilindən səslənir. Bəli, söhbət yenə də qalmaqallı David-Qareci, yaxud da Keşikçidağdan gedir. Necə istəyirsiniz, elə də adlandırın, lakin sosial şəbəkələrdə dünəndən bəri yayılan video Azərbaycan izləyicilərinin təsəvvürünü alt-üst edib. Həmin videoda Gürcüstanın ictimai sektorunun xoş görüntülü hiddəti və dəstəyi bəhanəsi ilə bir dəstə təxribatçının azərbaycanlı sərhədçiyə hücumu və onun əlindən tabel silahının alınması əks etdirilib. Ssenari müəllifləri əvvəldən düşündüklərini gerçəkləşdirməyə yaxındırlar. Həm gürcülərin, həm də azərbaycanlıların üstü açılmış sinirləri tarıma çəkilib. Zərif sabitlik istənilən dəqiqə pozula bilər...
Keşikçidağ monastırları kompleksi erkən xristian pravoslav sivilizasiyasının irsidir və hardasa əfsanəvi yunan pravoslav meteorlarını xatırladırlar, gürcü tarixçilərinin özlərinin də etiraf etdiyinə görə, yalnız gürcü pravoslav kilsəsinin deyil, həm də Qafqaz alban xristian mədəniyyətinin bir hissəsidir. Orta əsrlərə aid mağaralar həm gürcü, həm də alban, ərəb və təbii ki, yunan dilində qədim yazılarla zəngindir. Bu qiymətli inci – o dövrün digər mədəni artefaktları kimi bütün qitə mədəniyyətinin bir parçasıdır.
Mağara uğrunda müharibə, yoxsa mağara müharibəsi?
Qonşu və dost xalqları ayıran və heç cür birləşdirməyən tarixin zənginliklərinə varmadan yalnız bir əsas nəticənin üstündə dayanmaq istərdim: bu monastır, digər tarixi abidələr kimi, nifaq və düşmənlik səbəbi olmamalıdır. Məhz bu səbəbdən fırtınalı 90-cı illərdən bəri məbəd kompleksinin aidiyyəti barədə səngiməyən mübahisələrə rəğmən Azərbaycan və Gürcüstan sərhədin bu hissəsində xüsusi, güzəştli birgə sərhəd xidməti rejimi tətbiq ediblər.
Yenidənqurmadan sonrakı 30 illik dövr ərzində kompleksin məxsusluğu problemi ictimaiyyət arasında hər hansı mübahisə və təbəddülatlara səbəb olmayıb. Axı, nəyə görə də olsun? Ziyarətçilər üçün keçid hər zaman sərbəst və məhdudiyyətsiz olub. Nəhəng transmilli və regional geoiqtisadi layihələrin təşəkkül tapmasını təmin edən iki dövlətin – Azərbaycanın və Gürcüstanın strateji ittifaqı nəzərə alınarsa, sərhəd zolağındakı hansısa tarixi qoruğun taleyi özü-özlüyündə münaqişəli vəziyyətin mənbəyi ola bilməzdi. Nəyə görə? Məntiq hardadır? Axı, millətlərin ağlını etnik və dini ayrılıqlar və mağara ura-vətənpərvərliyi ilə dumanlandırmış Qorbaçov dövrünün romantizmi çoxdan tarixə qovuşub. Ayrıldıqdan sonra biz yenidən birləşməyə başladıq. Ələlxüsus da, qloballaşmanın qələbəsi dövründə. Sual olunur, axı Avropanın skeptik ruhunun qalib gəldiyi bir dövrdə mərkəzəqaçan qüvvənin cənginə aldığı Gürcüstan ancaq son növbədə milli-ərazi məhdudiyyətlərə can atmalı deyildimi? Birdən-birə nə oldu?
Lakin bu tarixi qoruq uğrunda uydurulmuş mübarizənin süni olaraq yaradılmış meydanında üçüncü qüvvələrin mövcudluğu lap əvvəldən hiss olunur. İstənilən başqa postsovet ölkəsi ilə müqayisədə müxtəlif kalibrli və qeyri-həmcins siyasi sistemə malik Gürcüstanda asan idarə olunan və anarxiya ruhlu işğalçılıq ruhunu yaratmaq daha asandır. Məqsəd nədir? Nifaq salmaq və müstəqil Gürcüstanla onun strateji tərəfdaşları – Azərbaycan və Türkiyə arasında münaqişə alovlandırmaq. Vəziyyəti o həddə çatdırmaq ki, Azərbaycanı sərt sanksiyalara əl atmağa vadar etmək.
ilk təxribat, mayın əvvəli
İndi anlayırsınızmı ki, nəyə görə azərbaycanlı sərhədçilər bu cür misli görünməmiş soyuqqanlılıq nümayiş etdirdilər?
Təxribatçılar tarixi qoruq ətrafında vəziyyəti təhlükəli nöqtəyə çatdırmağa cəhd edirlər. Əvvəlcə qərbyönümlü dekorasiyalı bir qrup QHT-çi qoruğa müdaxilə edərək orada Gürcüstanın milli bayraqlarını asdı. Azərbaycan təmkin nümayiş etdirdi və qonşu dövləti daha düşüncəli davranmağa çağırdı. İkinci təxribat – sərhəd naryadına hücum... Bu dəfə də Azərbaycan hakimiyyəti təmkinini və aydın düşüncəsini qorudu ki, bu da Dövlət Sərhəd Xidmətinə və ölkənin siyasi rəhbərliyinə şərəf gətirir.
Vacib qeyd. Azərbaycan müxalifətçiləri tərəfindən yayılan şayiələrə rəğmən, “gürcü işğalçıları”nın hücumu zamanı inanılmaz təmkin və hərbi intizam nümayiş etdirmiş sərhədçi sıravi və müddətli hərbi xidmətdə olan əsgər deyil, Dövlət Sərhəd Xidmətinin giziridir. Xoşbəxtlikdən, özgə iradəsinin icraçıları sıravi əsgərə deyil, peşəkar sərhəd hərbçisinə rast gəliblər.
ikinci təxribat
Azərbaycan yaranmış vəziyyətin bütün ssenarilərini nəzərdən keçirir. DİN, ondan sonra isə Gürcüstan XİN haqlı bəyanat və iradlarla çıxış edərək, ilk növbədə öz vətəndaşlarını kütləvi təxribatçı hərəkətlərə görə qınayıblar. Təkrar edirəm, Azərbaycanda bu cür təxribatların bütün təşkilatçıları və iştirakçıları saxlanılıb cəzalandırılardı. Postmodern Gürcüstanında siyasi və beynəlxalq amillərin cəminin təsiri altında, görünür, hakimiyyət xaricdən idarə olunan ictimai sektor institutlarına qarşı həmlələri özünə rəva görə bilmir. Hərçənd...
Hərçənd, son baş verənlər nəinki Azərbaycanın, həm də Gürcüstanın milli təhlükəsizliyinə təhlükə törədir. Fəqət Gürcüstan parlamentinə son hücum zamanı, asayiş keşikçiləri üsyançılara rezin güllə atanda Gürcüstan hakimiyyəti bariz şəkildə nümayiş etdirdi ki, istəyəndə üsyanları yatırmağı bacarır. Burada sindikalizmin yeri yoxdur. Gürcüstan hökuməti anlamalıdır ki, Azərbaycanın sərhəd naryadına bir də hücum cəhdi olarsa, anarxist kütləsinə döyüş patronları ilə atəş açıla bilər. Doğrudanmı özünün operativ qüvvələri hesabına bir yığın təxribatçını Rustaveli prospektində olduğu kimi rezin güllələrlə dağıtmaq belə çətindir?
Gürcüstan hökuməti Rustaveli prospektində nümayişçilərə belə atəş açır
Gürcüstan XİN-in də haqlı olaraq bəyan etdiyi kimi, tarixi monastır ətrafında mübahisə delimitasiya üzrə dövlətlərarası komissiya formatında həll edilməlidir. Nəticələri gözləmək lazımdır. Yoxsa... Yoxsa sonra düzəldilməsi mümkün olmayanlar baş verə bilər. Tbilisidə bunu nə qədər tez anlasalar, strateji tərəfdaşımız vəziyyəti bir o qədər tez tənzimləyə bilər.
Son olaraq, müxalifətçi blogerlər və qaragüruhçu cəbhəçilər tərəfindən yaradılmış eybəcər ajiotaj haqqında. Əli Kərimli və ətrafındakılar Azərbaycan hakimiyyətini qərarsızlıqda və acizlikdə ittiham etdilər. Bu da sizə ölkədə mütləq hakimiyyətə namizədlərin psixoloji portreti. Müxalifətçilər çaşqınlıq içində sual verirlər – nəyə görə hakimiyyət gürcü anarxistlər kütləsinə birbaşa atəş açmaq əmrini vermədi?! Cəbhəçilər mundir şərəfi və ləyaqət kodeksi haqqında söz açdılar.
Müxalifət liderləri siyasi vəziyyəti yalnız belə qiymətləndirə bilirlər – cəmi iki gediş əvvəldən. Növbəti dəfə hakimiyyətin əleyhdarlarının yaxşı təşkil olunmuş təxribatın bütün miqyasını dərk etmək üçün analitik düşüncələri çatmadı (bəlkə də dərk edirlər, lakin ssenari müəlliflərinin işinə yaramaq qərarına gəliblər?) və xaricdən siyasi texnoloqların hazırladığı ssenarinin çox uzağa gedən nəticələrini anlamadılar. Axı ssenari müəllifləri məhz silahlı insidentə və vəziyyətin xaotik olaraq dövlətlərarası münaqişəyə qədər gəlib çatmasına ümid edirdilər. Bunu anlamaq və dərk etmək beləmi çətindir?!
qaragüruhçu Cəbhə yenidən daxili Cəbhə açır
Çılpaq emosiyalar və məsuliyyətsiz populizm üzərində siyasi platformanı necə qurmaq olar?! Bu azmış kimi, indiki vəziyyətdə söhbət daxili siyasi qarşıdurmadan deyil, ölkənin milli dövlətçilik maraqlarından gedir. Hərçənd, biz nədən danışırıq? Axı məqsəd vasitələrə haqq qazandırır. Məqsəd isə istənilən vəziyyətdən, hətta milli təhlükədən də istifadə etməklə ictimai müqavilə ilə bərqərar olmuş status-kvonu pozmaqdır. Bütün vasutələr hakimiyyətə qarşı, bütün vasitələr hakimiyyət naminə.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanıldı
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb
- Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar
- Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu
- DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ