Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
İclasda 2025-ci il dekabrın 16-da Kiyev şəhərində və 2026-cı il aprelin 23-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un ratifikasiyası müzakirəyə çıxarılıb.
Sənəd müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.