Oktyabrın 27-də Parisdə Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı xəbər yayıb.
Xəbərdə qeyd olunub ki, sonra Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib.