Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan və Rusiya XİN başçıları hansı məsələləri müzakirə etdilər?
12 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Oxu.Az xəbər verir ki, görüş zamanı, Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov ikitərəfli və regional məsələləri müzakirə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri "X" sosial media hesabında yazıb.
"Biz siyasi dialoqumuzu davam etdirməyə, müxtəlif sektorlar üzrə əməkdaşlığı daha da gücləndirməyə sadiqik", - deyə nazir bildirib.
In the margins of the #ADF2025, Minister of Foreign Affairs @Bayramov_Jeyhun of the Republic of #Azerbaijan had a meeting with Minister of Foreign Affairs Sergey Lavrov of the Russian Federation.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) April 12, 2025
Ministers discussed political, economic-trade, humanitarian, education aspects of… pic.twitter.com/iYKTGX1liB
Türkiyədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya XİN başçısı Sergey Lavrov arasında görüş keçirilir.
Oxu.Az bu barədə Rusiya mediasına istinadən məlumat verir.
Görüş Antalya diplomatik forumu çərçivəsində həyata keçirilir.
"IV Antalya Diplomatik Forumu" teqi üzrə xəbərlər
- Günəşli Antalya və Ermənistanın uğursuz "güzgü" oyunu
- Zimbabve nümayəndə heyətinin üzvü: "Forum bir çox problemlərin həllini əhatə edir"
- Hakan Fidan "Baku TV"nin sualını cavablandırıb
- IV Antalya Diplomatiya Forumu başa çatıb
- Hakan Fidan: "Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir"