Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycan və Türkiyə prezidentlərinin səmimi GÖRÜNTÜLƏRİ
"Enerji sahəsində strateji layihələr reallaşdırmaqda Can Azərbaycan ilə tam ahəng içindəyik".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Facebook" sosial şəbəkə hesabında Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfəri çərçivəsində İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışı barədə yazarkən qeyd edib.
"Qaz kəməri Naxçıvanla talelərimizin bir olduğunun nişanəsi olacaq. Naxçıvanın enerji təhlükəsizliyini uzun illər ərzində təmin edəcək bu layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırdıq. Azərbaycan Prezidenti İlham qardaşımla birlikdə enerji sahəsində əməkdaşlığımıza yeni bir layihə əlavə etməkdən çox məmnunuq" , - deyə Türkiyə lideri yazıb.
Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə səmimi fotolarını da paylaşımına əlavə edib.
"İlham Əliyevin Türkiyə səfəri" teqi üzrə xəbərlər
- İlham Əliyev Türkiyəyə səfərindən görüntülər PAYLAŞDI
- Azərbaycan və Türkiyə prezidentləri Ankarada iftar süfrəsində iştirak ediblər
- Türkiyə prezidenti: "Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir"
- Ərdoğan: "İğdır-Naxçıvan təbii qaz boru kəməri Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq"
- Əliyev və Ərdoğan Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında iştirak ediblər