Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.
Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında yazılıb.
"ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və xəsarəti bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk", - paylaşımda deyilir.
Qeyd edək ki, Texasda daşqınlar nəticəsində 50-dən çox adam ölüb.
We are deeply saddened by many deaths and injuries as a result of flash floods that hit central #Texas, United States.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 6, 2025
We express heartfelt condolences to the U.S. Government and all the people who affected by this tragedy.
We mourn the loss of lives and extend our thoughts…