Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan XİN-dən Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı BƏYANAT
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat verib.
Oxu.Az-ın məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığının məmnunluqla qeyd olunduğu bildirilib.
"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq".

"Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)" teqi üzrə xəbərlər
- Azərbaycan XİN Ararat Mirzoyanın əsassız iddialarını pisləyib
- Ceyhun Bayramov: "Ermənistanın ATƏT-in strukturları ilə bağlı mövqeyi sülhə maneələrdən biridir"
- Emənistanın davam edən saxtakarlığı: Dəyişməyən konstitusiya, pozulan atəşkəs
- Müasir dövrün dezinformasiya problemi: Aqil Ələsgər Vyanada Fransanın yalan xəbərlərindən DANIŞDI
- Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb