Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İraqın Mosul şəhərindəki Türkiyə Baş Konsulluğunun girov götürülmüş əməkdaşlarının və onların ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlayır.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.
“Azərbaycan XİN Baş Konsulluğun əməkdaşlarını, onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edir, ən xoş arzularını çatdırır”,- deyə açıqlamada vurğulanıb.