Azərbaycanda rəsmi səfərdə olan Əhməd Davudoğlunun səfəri başa çatdı.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD terrorçularının bir müddət əvvəl Mosul Konsulluğunda girov götürdüyü 49 diplomatı azadlığa buraxması səbəbindən baş nazir səfərini yarımçıq dayandırıb.
Qardaş ölkənin baş naziri azadlığa buraxılan diplomatları qarşılamaq üçün Bakıdan birbaşa Türkiyənin Şanlıurfa vilayətinə yollanıb.
Bu ilin iyun ayında Türkiyənin Mosulda yerləşən Konsulluğunun 49 əməkdaşı İŞİD tərəfindən girov götürülmüşdü.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.