Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb
Azərbaycanda akkreditə olunmuş diplomatların ölkənin işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.
"Report"un məlumatına görə, səfər zamanı 20-si səfir olmaqla 60-dan çox diplomat regionda aparılan tikinti-bərpa işləri ilə ətraflı tanış olub.
Diplomatları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.
Birgünlük səfərin ilk dayanacağı Ağdərə rayonunun Suqovuşan qəsəbəsi olub. Diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı qazanıb, "Suqovuşan" istirahət parkına baş çəkib, burada onlara bu qəsəbənin işğaldan azad edilən ilk yaşayış məntəqələrindən biri olduğu barədə məlumat verilib.
Nümayəndə heyəti, həmçinin əsas infrastruktur obyektlərinə, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də bu yaxınlarda istifadəyə verilmiş "Yuxarı Vəng" su elektrik stansiyasında olub.
Kəlbəcər rayonunda isə onlar tarixi abidə - Xudavəng monastır kompleksi ilə tanış olublar.
Səfər Kəlbəcərdə yeni qəsəbə və təhsil kompleksinin tikintisinin gedişi ilə tanışlıqla başa çatıb. Diplomatlara həmçinin "İstisu" mineral su zavodunda istehsal prosesi də nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün mütəmadi olaraq ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfərlər təşkil olunur.
Azərbaycanda akkreditə olunmuş diplomatlar Kəlbəcər rayonuna səfər çərçivəsində bu yaxınlarda istifadəyə verilmiş "İstisu" mineral su zavodunda olub, istehsal prosesini izləyiblər.
"Report" xəbər verir ki, diplomatik korpusun nümayəndələrinə zavodun fəaliyyəti, istehsal gücü və rayonun iqtisadi potensialının bərpasındakı rolu barədə ətraflı məlumat verilib.
Səfər zamanı vurğulanıb ki, "İstisu" zavodu Kəlbəcər rayonunda sənayenin bərpası və yeni iş yerlərinin açılmasında mühüm rol oynayır, onun məhsullarına isə artıq həm daxili bazarda, həm də xaricdə tələbat var.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər.
Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Kəlbəcərdə yeni yaşayış məntəqəsi və şəhər təhsil kompleksinin inşası ilə tanış olublar.
"Report" xəbər verir ki, qonaqlara təhsil kompleksi layihəsi haqqında ətraflı məlumat verilib.
Ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşəkar emalatxanalar, STEAM zonası, məktəbəqədər hazırlıq üçün yer və digər zəruri obyektlər yaradılacaq.
Bildirilib ki, kompleksin ərazisində 528 şagird yerlik məktəb də tikilir.
Bundan başqa, diplomatik korpusun nümayəndələrinə bildirilib ki, yaşayış məntəqəsi ərazisində keçmiş məcburi köçkünlərin geri qayıtması üçün bütün lazımi infrastruktur yaradılacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlərlə tanış olublar.
Daha çox foto burada: PhotoStock.az
Azərbaycandakı diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksində olublar.
"Report" xəbər verir ki, diplomatlara abidə haqqında ətraflı məlumat verilib.
Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Kəlbəcər rayonunda sentyabrın 2-də açılışı olmuş Tərtər çayı üzərində yerləşən "AzərEnerji" ASC-nin 22,5 MVt gücündə "Yuxarı Vəng" Su Elektrik Stansiyasının (SES) işi ilə tanış olublar.
"Report" xəbər verir ki, stansiyada görülən işlər barədə qonaqlara məlumat verilib, bu obyektin tikintisində xarici şirkətlərin də iştirak etdiyi bildirilib.
Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində strategiyasına uyğun olaraq tikilən "Yuxarı Vəng" SES Vətən müharibəsində qələbədən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir.
Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Sərsəng su anbarına gediblər.
"Report" xəbər verir ki, diplomatlar su anbarının hazırkı vəziyyəti, bərpa prosesi və gələcək istismarı ilə bağlı planlarla tanış olublar.
Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Ağdərə rayonunun Suqovuşan kəndinə gəlib.
"Report" xəbər verir ki, səfərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə 20-si səfir olmaqla 60-dan çox diplomat iştirak edir.
Səfər zamanı diplomatlar və hərbi attaşelər Suqovuşanda həyata keçirilən bərpa və yenidənqurma layihələri ilə əyani tanış olmaq imkanı əldə ediblər.
Nümayəndə heyəti əsas infrastruktur obyektlərində, o cümlədən Suqovuşan və Sərsəng su anbarlarında, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatının bərpasında və enerji təminatında mühüm rol oynayan "Yuxarı Vəng" su elektrik stansiyasında olub.
Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun gələcək perspektivlərini, eləcə də işğaldan azad edilmiş torpaqların davamlı inkişafı və sülh yolu ilə inteqrasiyasının təmin edilməsi istiqamətində ölkəmizin səylərini qiymətləndirməyə imkan verib.
Daha çox foto burada: PhotoStock.az
Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin və hərbi attaşelərin sentyabrın 18-də Kəlbəcərə səfəri başlayır.
"Report" xəbər verir ki, səfərdə nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edəcək.
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu il sentyabrın 2-də Kəlbəcər rayonuna növbəti səfəri zamanı mühüm nəqliyyat və infrastruktur layihələrinin, Kəlbəcər şəhərində iaşə obyektlərinin açılış mərasimlərində iştirak edib. Bu səfər ali rəhbərliyin yüksək səviyyəli səfərinin izi ilə həyata keçiriləcək.
Xarici qonaqlar səfər zamanı Suqovuşan və Sərsəng su anbarlarını, "Yuxarı Vəng" Su Elektrik Stansiyasını, Kəlbəcər şəhərində yeni inşa olunan yaşayış binalarını, orta məktəb və "İstisu" mineral su zavodunu, həmçinin digər əraziləri ziyarət edəcəklər.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunan ərazilərinə diplomatik korpusun nümayəndələrinin səfərləri mütəmadi olaraq təşkil edilir və bu, ənənəvi qaydada həyata keçirilən səfərlərdən biridir.
"Kəlbəcər rayonu" teqi üzrə xəbərlər
- Kəlbəcər və Laçın rayonlarında müxtəlif təyinatlı yollar qardan təmizlənir
- Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq
- Kəlbəcərdə yenidənqurma işləri davam edir: Doğma yurdumuzda xüsusi canlanma var
- Kəlbəcərlilər doğma şəhərlə bağlı ümidlərindən danışdılar: "Evə çatanda oğlum ağlamağa başladı"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"