Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi "Aviasiya haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, hava məkanından istifadə və uçuş qaydaları ilə yanaşı, çox yüngül uçuş aparatlarının hava məkanından istifadə və uçuş qaydalarını da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyənləşdirəcək.
Qaynar xətt:
(055) 224 12 12