Nazirlər Kabineti 27 avqust 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük ekspertizasının aparılması Qaydaları"nda dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda gömrük ekspertizası aparılması üçün "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanuna əsasən emal edilməmiş almazlara dair Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyinin surəti lazım olacaq.
Qaynar xətt:
(055) 224 12 12