Hərbi rütbənin vaxtından əvvəl verilməsi qaydası dəyişir.
Oxu.Az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara dəyişiklikdə öz əksini tapıb.
Təklif olunan dəyişikliyə əsasən, magistratura (rezidentura) və ya doktoranturanı uğurla başa vurmuş zabitlərin hərbi rütbədə xidmət müddəti bir il azaldılır. Bu güzəşt hər təhsil səviyyəsi üzrə yalnız bir dəfə tətbiq edilir.
Bununla yanaşı, xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində xidmət müddəti 1 ildən 2 ilə artırılır. Hazırda bu müddət 1 ildir.