Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Azərbaycan bu gün Ukraynaya daha bir humanitar yardım partiyası göndərib. Elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
Oxu.Az xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.
Bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir. Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur.
Xatırladaq ki, mövcud vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib. 2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.
Daha çox foto burada: PhotoStock.az
Məhərrəm Əliyev
"Humanitar yardım" teqi üzrə xəbərlər
- Azərbaycan və Suriya XİN nümayəndələri görüşdülər
- İsrail Qəzza zolağına humanitar yardımların buraxılmasını dayandırdı
- Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə məcburi köçkünlərə paylanılıb
- Ukraynanın Azərbaycandakı səfiri: "Humanitar yardımı çox yüksək qiymətləndiririk"
- Azərbaycanın Ukraynaya humanitar yardımının növbəti hissəsi yola salınır