Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını ELAN ETDİ
Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejim özünü buraxdığını elan edib.
Bu barədə qondarma separatçı quruma rəhbərlik edən Samvel Şahramanyan “qərar” verib.
“Qərar”a əsasən, qondarma rejimin bütün “qurum” və “təşkilat”larının fəaliyyəti 2024-cü il yanvarın 1-dək dayandırılacaq.
Şahramanyan erməniəsilli sakinlərin gələcəkdə Qarabağda qalmaq mümkünlüyü barədə müstəqil və fərdi qərar qəbul etmək üçün Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmalarını istəyib.
"Qarabağ" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Ermənistanla dialoq vasitəçilərlə olandan daha əhəmiyyətli nəticələr verir"
- "Doğma torpaq" bədii filminin premyerası keçirildi
- İlqar Safat: "Doğma torpaq" işğaldan azad edilən ərazilərdə çəkilən ilk filmdir"
- Paşinyan: "Qarabağ uğrunda hərəkatın davam etdirilməsi dövlətçilik üçün məhvedicidir"
- Paşinyan: "Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır"
Ən çox oxunanlar