Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəki diplomatiyası yüksək qiymətləndirilib
Azərbaycanın qlobal sülhün gücləndirilməsi sahəsindəki diplomatiyası yüksək qiymətləndirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İqlim və münaqişələrdən əziyyət çəkən ölkələr Şəbəkəsinin ötən ay Əbu-Dabi şəhərində keçirilən ilk Strateji İclasının nəticəsi olaraq dünən qəbul edilən birgə bəyanatında qeyd olunur.
Bu münasibətlə COP29 sədrliyinin yaydığı rəsmi məlumatda Şəbəkənin bu mühüm mövqe sənədinin qəbulu etməsi ötən il Bakıda keçirilmiş BMT İqlim Konfransında təsis edilmiş platformanın inkişafında vacib addım kimi qiymətləndirilir.
Qeyd olunur ki Azərbaycanın bu il davam edəcək COP29 Sədrliyinin təşkilatçılığı və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə təşkil edilən Şəbəkənin Strateji iclası, iqlim dəyişiklikləri və münaqişələrə həssas ölkələrin hökumət üzvlərini, beynəlxalq təşkilatları və maliyyə institutlarını bir araya gətirib. Tədbirdə həssas ölkələr üçün iqlim maliyyəsinin təmin edilməsi və milli potensialların gücləndirilməsi istiqamətində konkret addımlar müzakirə edib.
İclasın yekunu olaraq COP29 sədrliyinin dəstəyi ilə davam etmiş əlaqələndirmə işi nəticəsində qəbul edilmiş Şəbəkənin Birgə Bəyanatı və birgə fəaliyyəti üzrə Yol xəritəsi, qrupa daxil olan ölkələrin birgə fəaliyyəti üçün vahid mövqe formalaşdırmaqla yanaşı, konkret layihələrin icrasını də nəzərdə tutur.
Birgə bəyanatda Azərbaycan hökumətinə, COP29 zamanı irəli sürdüyü "Sülh, yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı"na görə xüsusi təşəkkür ifadə edilib.
Eyni zamanda bu təşəbbüs çərçivəsində yaradılan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin, "humanitar yardım, inkişaf, sülh quruculuğu və iqlim sahəsində çalışan tərəfdaşlar arasında əməkdaşlıq üçün unikal mexanizm" olduğu vurğulanır.
COP29-un məlumatında qeyd olunur ki, Azərbaycan Sədrliyi Bakı Mərkəzi ətrafında yaradılmış birgə tərəfdaşlıq platforması vasitəsilə Şəbəkəni dəstəkləməyə, iqlim, münaqişə və humanitar ehtiyaclara həssas ölkələrin milli potensiallarını gücləndirməyə və "Yaşıl Dünya üçün Həmrəylik" prinsipinə əsaslanaraq birgə fəaliyyəti təşviq etməyi bundan sonra da davam edəcək.
Qeyd edək ki, sözügedən Şəbəkə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) ötən il Bakıda keçirilmiş 29-cu Tərəflər Konfransında yaradılıb. Həmçinin həmin konfransda qəbul edilmiş Bakı Sülh Çağırışına əsasən, Bakı Mərkəzinin COP29 Sədrliyinin himayəsi altında Bakı şəhərində yerləşəcəyi qərara alınıb.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Quterreş: "Kipr məsələsində mühüm irəliləyiş əldə edilib"
- Boliviyadan Sabunçuya daşınan yarım milyonluq kokain - Polis əməliyyatının MARAQLI DETALLARI
- Azərbaycanın antiterror reytinqi artaraq dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəlib
- Abbas Abbasov BMT-də Fransanın müstəmləkəçilik ərazilərindəki uşaqlara zorakılıqdan danışıb