Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib
Nazirlər Kabineti 6 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Sərhədyanı ərazilərdə, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydalarında dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra nəzərdə tutulan işlərin aparılması üçün icazə almış şəxs Azərbaycanın dövlət sərhədində sərhədboyu zolaqda dövlət sərhədinin mühafizəsinin təmin olunmasına münasibətdə Dövlət Sərhəd Xidmətini aparılacaq işlər barədə məlumatlandırmalı, işlərin yoxlanılması üçün ona şərait yaratmalıdır.
Həmçinin Azərbaycanın dövlət sərhədində sərhədboyu zolaqda fəaliyyət zamanı yol verilən pozuntular dövlət sərhədinin mühafizəsinin təmin olunmasına maneə yaratdıqda həmin fəaliyyəti Dövlət Sərhəd Xidməti dayandıracaq və bu barədə aidiyyəti dövlət orqanlarını məlumatlandıracaq.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib
- "ƏDV ilə bağlı yeni qaydalar iş adamlarının fəaliyyətini daha da asanlaşdıracaq" - DEPUTAT
- Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
- Aeroportlarda VİP-dən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişlənib
- Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb? - DİM-dən AÇIQLAMA