Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.
Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, E.Məmmədyarov Rusiyanın paytaxtına ötən gecə çatıb.
Bu gün Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq. Görüş bağlı qapılar arxasında keçiriləcək.
Z.Q.