Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bahar Muradova: "Biz Xocalıya qayıtdıq, Qərbi Azərbaycana da qayıdacağıq"
"Azərbaycan xalqı birlik və həmrəylik sayəsində Qarabağda tarixi Zəfər qazanıb. Bu uğurda gənclərin rolu danılmazdır. Əsas vəzifə bu zəfəri qorumaq, gələcəyə daşımaq və tarixi torpaqlara ləyaqətli qayıdışı təmin etməkdir. Bunun üçün hər bir gənc elmə, milli dəyərlərə və mənəvi köklərə bağlı olmalıdır. Yalnız bu yolla Azərbaycanın gələcəyi daha da möhkəmlənəcək və milli maraqlar yüksək səviyyədə qorunacaq".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən "Qərbi azərbaycanəsilli gənclər: Tarixi yurd və ərazinin milli kimlik məsələlərində yeri" adlı konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O, Azərbaycanın Qarabağda qazandığı tarixi qələbədən danışıb və deyib ki, indi növbə Qərbi Azərbaycandadır:
"Biz hər zaman inanmışıq ki, itirdiklərimizi mütləq qaytaracağıq. Bir zamanlar bütün tədbirlərimizdə bayramlarımızın Qarabağda keçirilməsini niyyət edirdik. İndi də bu istək, niyyət Qərbi Azərbaycanla bağlıdır. Mən inanıram ki, bizim növbəti qayıdışımız Qərbi Azərbaycana olacaq. Biz Xocalıya qayıtdıq, Qərbi Azərbaycana da qayıdacağıq".
Aləmdə Nəsib
"Bahar Muradova" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Son illərdə qadınların təhsil və əmək bazarına çıxışı daha əlçatan olub"
- Bahar Muradova: "Biz təkcə zorakılığa məruz qalanla yox, həm də zorakılığı törədənlə məşğuluq"
- Bahar Muradova: "Xocalı soyqırımında əli olan hər bir şəxs ədalət məhkəməsi qarşısında dayanacaq"
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
- Dövlət və hökumət rəsmiləri bələdiyyə seçkisində səs veriblər