Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır
Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında deyilir.
"Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir", - proqramda qeyd olunub.
Bildirilib ki, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanıb, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə verilib.
Artan sərnişin tələbi nəzərə alınaraq, bu ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.
2025-2030-cü illər ərzində İstismar müddətini başa vurmuş (hərəkət tərkiblərinin) vaqonların yenilənməsi və 299 ədəd yeni vaqonun alınması planlaşdırılır.
"Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi"nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və
119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən qrafikə keçəcək
- Azərbaycanda 2030-cu ilədək məktəb avtobuslarından istifadə təmin olunacaq
- İlham Əliyevdən Bakıda və ətraf ərazilərdə nəqliyyatın təkmilləşdirilməsinə dair SƏRƏNCAM
- İtaliya-Azərbaycan Universitetinin binası nə zaman açılacaq?
- Keniya prezidenti İlham Əliyevə başsağlığı verib